Şkaflar və Rəf Sistemləri Sifarişi

Otaq və iş otağı üçün şkaf həlləri

Şkaf yalnız geyim üçün deyil. Sənəd, kitab, ev texnikası və gündəlik əşyalar üçün ayrı saxlama yeri otağı səliqəli saxlayır. Bölmələrin hündürlüyünü saxlayacağınız əşyaya görə planlaşdırırıq ki, boş qalan sahə minimuma ensin.

Qapalı və açıq bölmələri bir dəstdə birləşdirmək mümkündür. Gündəlik istifadə olunan əşyalar açıq rəfdə, nadir istifadə olunanlar isə qapaq arxasında saxlanır.

  • Qapalı və açıq bölmələr bir konstruksiyada
  • Rəf araları saxlanan əşyaya görə tənzimlənir
  • Divar boyu və ya künc quruluşunda hazırlanır
Otaq üçün şkaf modeli

Hazırladığımız şkaf və rəf modelləri

Sifarişlə yığılmış konstruksiyalardan nümunələr.

Künc Otaq Dolabı

Künc Otaq Dolabı

Otağın künc hissəsindən səmərəli istifadə edən dolab modeli

Şüşə Qapaqlı Otaq Dolabı

Şüşə Qapaqlı Otaq Dolabı

Şüşə qapıları ilə zərif görünən otaq dolabı

Funksional Otaq Dolabı

Funksional Otaq Dolabı

Açıq və qapalı bölmələri birləşdirən otaq dolabı

Kitab və Otaq Dolabı

Kitab və Otaq Dolabı

Tənzimlənən rəfləri olan çoxfunksiyalı otaq dolabı

Minimalist Dolab Modeli

Minimalist Dolab Modeli

Sadə xətləri ilə seçilən müasir dolab dizaynı

Divar Boyu Otaq Dolabı

Divar Boyu Otaq Dolabı

Divarın ölçüsünə uyğun hazırlanan geniş otaq dolabı

Açıq Rəfli Otaq Dolabı

Açıq Rəfli Otaq Dolabı

Açıq rəfləri ilə praktik və dekorativ otaq dolabı

Dəhliz və Otaq Dolabı

Dəhliz və Otaq Dolabı

Dar sahələr üçün hazırlanmış yığcam otaq dolabı

Şkaf və rəf kateqoriyaları

Hər variant ölçüyə uyğun hazırlanır və istənilən rəngdə təqdim olunur.

Şkaf və rəf qiymətləri

Laminat material üçün başlanğıc məbləğlər.

Model Olcu ve material Qiymet
Bölməli şkaf 2 qapılı, 100 sm en 350 AZN-dən
Açıq rəf sistemi 5 rəfli, 100 sm en 260 AZN-dən
Kitab şkafı Şüşə qapaqlı, 90 sm en 420 AZN-dən
Divar rəfi 1 metr uzunluq 90 AZN-dən
Künc şkafı L formalı, 120x120 sm 480 AZN-dən
Dəhliz şkafı Ayaqqabı bölməli, 90 sm en 380 AZN-dən

Şüşə qapaq, işıqlandırma və xüsusi mexanizmlər əlavə olaraq hesablanır. Ölçü xidməti pulsuzdur.

Şkaf sifarişində nəyə diqqət edirik

Konstruksiyanın uzun müddət işlək qalması üçün vacib detallar.

Yükə davamlı rəf

Rəf qalınlığı və dayaq sayı üzərinə qoyulacaq yükə görə hesablanır.

Ölçüyə uyğun hazırlanma

Divar uzunluğu və tavan hündürlüyünə görə konstruksiya qurulur.

Tənzimlənən bölmələr

Rəf araları sonradan da dəyişdirilə bilən sistemlə quraşdırılır.

Möhkəm quraşdırma

Divar tipinə uyğun bərkitmə elementləri seçilir və yerində yoxlanılır.

Şkaf sifarişi ilə bağlı suallar

Şkaf və rəf seçərkən ən çox soruşulanlar.

Bəli, əgər rəf uzunluğu və qalınlığı düzgün seçilirsə. Kitab üçün adətən uzunluğu 80 sm-i keçən rəflərə əlavə dayaq qoyuruq ki, vaxt keçdikcə əyilmə olmasın.

Hündür konstruksiyalarda bu təhlükəsizlik tələbidir. Quraşdırma zamanı şkafı divara sabitləyirik, divar tipinə uyğun bərkitmə elementindən istifadə edirik.

Tənzimlənən sistem seçilibsə, bəli. Rəflər bir neçə hündürlük səviyyəsinə keçirilə bilir, bu da saxlanan əşya dəyişəndə faydalı olur.

Bəli, rəf altı zolaq işıq və qapı açılanda işə düşən sensor variantları mövcuddur. Bu seçim qiymətə ayrıca əlavə olunur.

Dar sahələrdə dərinliyi az, hündürlüyü çox olan konstruksiya daha səmərəlidir. Açıq rəflər isə vizual olaraq otağı daha yüngül göstərir.

Şkafınızın ölçüsünü bizə bildirin

Ölçü və bölmə sayını deyin, uyğun variantı və qiyməti hazırlayaq.