Klassik Dolab Modelləri və Qiyməti

Frezelənmiş fasadla klassik dolab

Klassik dolabın xarakterini fasaddakı freze naxışı və isti rəng çalarları müəyyən edir. Ağac dokusu, qızılı və ya bürünc rəngli dəstəklər dolaba ənənəvi görünüş verir, otağın ümumi üslubunu tamamlayır.

Bu variant hündür tavanlı və geniş otaqlarda daha yaxşı oturur, çünki fasaddakı detallar sahə tələb edir. Kiçik otaqda isə sadələşdirilmiş freze naxışı ilə balans saxlamaq mümkündür.

  • Frezelənmiş fasad və ağac naxışlı səth
  • İsti çalarlar və klassik dəstək variantları
  • Boya MDF üzərində patina effekti imkanı
Klassik üslubda dolab modeli

Hazırladığımız klassik dolab modelləri

Klassik üslubda yığılmış işlərimizdən nümunələr.

Klassik Yataq Otağı Dolabı

Klassik Yataq Otağı Dolabı

Klassik üslubda hazırlanmış zövqlü yataq otağı dolabı

Ailə Üçün Paltar Dolabı

Ailə Üçün Paltar Dolabı

Geniş daxili bölgüsü olan rahat paltar dolabı

Ağac Görünüşlü Dolab

Ağac Görünüşlü Dolab

Təbii ağac görünüşü ilə isti atmosfer yaradan dolab

Şüşəli Müasir Dolab

Şüşəli Müasir Dolab

Şüşə və mebel panelinin birləşdiyi zərif dolab

Klassik dolab qiymətləri

Standart material üçün başlanğıc qiymətlər.

Model Olcu ve material Qiymet
Frezelənmiş fasadlı dolab 160 sm en, boya MDF 700 AZN-dən
Ağac naxışlı model 180 sm en, laminat 620 AZN-dən
Patina effektli fasad 160 sm en, əl işi örtük 980 AZN-dən
Tavana qədər klassik dolab 200 sm en, 270 sm hündürlük 1250 AZN-dən
Klassik dəstək seçimi Qızılı və ya bürünc 8 AZN-dən (ədəd)

Yekun məbləğ ölçü, material və furnitura görə hesablanır. Ölçü götürülməsi və qiymət təklifi pulsuzdur.

Klassik modellərin üstünlükləri

Ənənəvi görünüşü sevən evlər üçün.

Frezelənmiş detallar

Fasad üzərindəki naxış dolaba xarakter və dərinlik verir.

Ağac dokusu

Təbii ağac effekti otağa isti və yumşaq ton qatır.

Klassik furnitura

Qızılı və bürünc dəstəklər ümumi üslubu tamamlayır.

Ölçüyə uyğun hazırlanma

Naxış ölçüsü fasad ölçüsünə görə balanslaşdırılır.

Çatdırılma və quraşdırma

Bakı daxilində çatdırılma və yığım öz komandamız tərəfindən aparılır.

Zəmanətli xidmət

Mexanizm və furnitura zəmanət verilir, sonrakı dəstək davam edir.

Klassik dolab modelləri barədə suallar

Klassik üslub seçərkən verilən suallar.

Freze naxışının içində toz yığıla bilir, ona görə quru və ya az nəm parça ilə silmək kifayət edir. Gündəlik istifadədə ciddi fərq yaratmır.

Patina fasada köhnəlmiş, əl işi görünüş verən əlavə örtük təbəqəsidir. Əl ilə tətbiq olunduğu üçün əmək sərfi çoxdur, bu da qiymətə təsir edir.

Uyğun gəlir, sadəcə naxışı sadələşdirmək və açıq rəng seçmək lazımdır. Ağır detallar kiçik otağı daha dar göstərir.

Bəli. Boya MDF variantında rəng kataloqdan seçilir, mövcud mebelin şəklinə görə ən yaxın tonu təklif edirik.

Freze emalı əlavə iş tələb etdiyi üçün boya MDF variantında qiymət bir qədər yuxarı olur. Ağac naxışlı laminat variant isə daha sərfəli seçimdir.

Klassik dolabınızı sifariş edin

Ölçü və naxış variantını bildirin, uyğun təklifi hazırlayaq.