Otağınızın ölçüsünü götürürük, daxili bölgünü birlikdə planlaşdırırıq və hazır dolabı quraşdırıb təhvil veririk. Paltar dolabı, kupe dolab, qarderob və şkaf variantları.
Hazır dolab çox vaxt otağa tam oturmur: ya tavana qədər boşluq qalır, ya da qapı divara dəyir. Buna görə işə ölçü götürməklə başlayırıq. Divarın uzunluğu, tavan hündürlüyü, pəncərə və qapının yeri nəzərə alınır, dolab məhz sizin sahəyə görə layihələndirilir.
Daxili bölgü də hazır şablonla məhdudlaşmır. Uzun geyimlər, qatlanan əşyalar, ayaqqabı və çanta üçün ayrıca bölmələr geyim həcminizə görə planlaşdırılır. Qiymət ölçü və material seçildikdən sonra dəqiqləşir və razılaşdırıldıqdan sonra dəyişmir.
Son işlərimizdən nümunələr. Şəklin üzərinə toxunaraq böyük ölçüdə baxa bilərsiniz.
Müasir interyerlər üçün funksional və geniş dolab modeli
Klassik üslubda hazırlanmış zövqlü yataq otağı dolabı
Otağın künc hissəsindən səmərəli istifadə edən dolab modeli
Geniş saxlama sahəsi təqdim edən funksional dolab
Şüşə qapıları ilə zərif görünən otaq dolabı
Güzgülü fasadla hazırlanmış müasir yataq otağı dolabı
Hər kateqoriya istənilən ölçü, material və rəngdə hazırlanır.
Aşağıdakı məbləğlər standart laminat material üçün başlanğıc qiymətlərdir.
| Model | Olcu ve material | Qiymet |
|---|---|---|
| Paltar dolabı | 2 qapılı, 120 sm en, laminat | 450 AZN-dən |
| Kupe dolab | 2 sürüşən qapı, 160 sm en, laminat | 550 AZN-dən |
| Güzgülü dolab | Güzgülü fasad, 160 sm en | 600 AZN-dən |
| Qarderob dəsti | Açıq sistem, 200 sm en | 800 AZN-dən |
| Künc dolabı | L formalı, 150x150 sm | 520 AZN-dən |
| Dəhliz dolabı | Ayaqqabı bölməli, 90 sm en | 380 AZN-dən |
| Kitab dolabı | Rəfli, 90 sm en | 320 AZN-dən |
| Divar rəfi | Açıq rəf, 1 metr uzunluq | 90 AZN-dən |
Yekun məbləğ ölçü, seçilən material (laminat, MDF, membran MDF, boya MDF) və furnitura görə hesablanır. Ölçü götürülməsi və qiymət təklifi pulsuzdur.
Ölçüdən quraşdırmaya qədər bütün mərhələləri özümüz aparırıq.
Hazır ölçülərlə məhdudlaşmırıq, dolab otağınızın real ölçülərinə görə istehsal olunur.
Ustamız ünvana gəlir, ölçünü dəqiqləşdirir və qiymət təklifini pulsuz hazırlayır.
Rəf, ştanq və çəkmə yerləşməsi geyim və əşya həcminizə görə qurulur.
Laminat, MDF, membran MDF, boya MDF, şüşə və güzgü variantları təklif olunur.
Bakı daxilində çatdırılma və yığım işini öz komandamız yerinə yetirir.
Mexanizm və furnitura zəmanət verilir, sonrakı tənzimləmə dəstəyi davam edir.
Uzun illərdir dolab və şkaf hazırlayırıq, hər layihədə bu təcrübədən istifadə edirik.
Razılaşdırılan məbləğ sonradan artmır, əlavə gizli xərc çıxmır.
Müraciətdən quraşdırmaya qədər altı sadə addım.
WhatsApp vasitəsilə otağın şəklini və təxmini ölçüsünü göndərməyiniz kifayətdir.
Model variantlarını göstəririk, material və rəng seçimini birlikdə edirik.
Ölçü və materiala görə ilkin məbləğ hesablanaraq sizə təqdim olunur.
Ustamız ünvana gəlir, yerində dəqiq ölçü götürür və layihəni yekunlaşdırır.
Sifariş istehsala verilir, hər detal yığımdan əvvəl yoxlanılır.
Hazır dolab ünvana çatdırılır, yığılır və işlək vəziyyətdə təhvil verilir.
Material seçimi həm görünüşə, həm də dolabın neçə il işlək qalacağına təsir edir. Gündəlik istifadə olunan bölmələrdə cızığa davamlı səth, nəm otaqlarda isə rütubətə dözümlü plitə seçilməsi daha doğrudur.
Hər variantın qiymət fərqini əvvəlcədən izah edirik ki, büdcənizə uyğun qərar verə biləsiniz. Fasad və korpus üçün fərqli material seçmək də mümkündür.
Sifarişdən əvvəl ən çox soruşulan məsələlər.