Paltar dolabında əsas məsələ qapı sayı deyil, daxili bölgüdür. Uzun paltar üçün ştanq hündürlüyü, köynək və pencək üçün ayrıca zona, qatlanan geyim üçün rəf dərinliyi əvvəlcədən hesablanmalıdır. Əks halda dolab dolu görünsə də, əşyaların yarısı rahat yerləşmir.
Ölçü götürərkən nə qədər uzun geyiminiz olduğunu, ayaqqabı və çanta üçün yer lazım olub olmadığını soruşuruq. Bölgü bu cavablara görə çəkilir və layihədə sizə göstərilir.
Sifarişlə yığılmış paltar dolablarından nümunələr.
Geniş daxili bölgüsü olan rahat paltar dolabı
Çəkmə və rəf bölmələri ilə rahat paltar dolabı
Kiçik otaqlar üçün praktik və yığcam paltar dolabı
Geniş qarderob sistemi ilə hazırlanan yataq otağı dolabı
Tavana qədər uzanan geniş həcmli paltar dolabı
Ehtiyaca uyğun daxili bölgü ilə hazırlanan paltar dolabı
Açıq və qapalı saxlama sahələrini birləşdirən paltar dolabı
Rəf və asılqan bölmələrini birləşdirən praktik paltar dolabı
Standart material üçün başlanğıc qiymətlər.
| Model | Olcu ve material | Qiymet |
|---|---|---|
| 2 qapılı paltar dolabı | 120 sm en, laminat | 450 AZN-dən |
| 3 qapılı paltar dolabı | 180 sm en, laminat | 650 AZN-dən |
| 4 qapılı paltar dolabı | 220 sm en, laminat | 820 AZN-dən |
| Tavana qədər model | 180 sm en, 270 sm hündürlük | 780 AZN-dən |
| Çəkməli blok əlavəsi | 3 çəkmə, yumşaq mexanizm | 120 AZN-dən |
| MDF fasad əlavəsi | Membran və ya boya MDF | 20% əlavə |
Yekun məbləğ ölçü, material və furnitura görə hesablanır. Ölçü götürülməsi və qiymət təklifi pulsuzdur.
Gündəlik istifadədə fərqi hiss olunan detallar.
Uzun paltar, köynək və qatlanan əşya üçün zonalar ayrıca planlaşdırılır.
Otaq divarının uzunluğu və tavan hündürlüyü tam nəzərə alınır.
Ən üst hissə nadir istifadə olunan əşyalar üçün ayrılır.
Arxa panel və bölmə boşluqları geyimin havalanmasına imkan verir.
Bakı daxilində çatdırılma və yığım öz komandamız tərəfindən aparılır.
Mexanizm və furnitura zəmanət verilir, sonrakı dəstək davam edir.
Sifariş verməzdən əvvəl faydalı olacaq cavablar.