Dəhliz Dolabı Sifarişi və Qiyməti

Dar dəhliz üçün yığcam saxlama həlli

Dəhliz çox vaxt evin ən dar hissəsidir, buna görə burada hər santimetr hesablanır. Standart dolab dərinliyi keçidi çətinləşdirirsə, dərinliyi azaldıb paltarasanı yan istiqamətdə quraşdırmaq daha doğru həlldir.

Bir dəstdə ayaqqabı bölməsi, üst geyim üçün asma zona və çanta ilə açar üçün kiçik rəf birləşdirilir. Beləliklə giriş hissəsi səliqəli qalır və gündəlik əşyalar bir yerdə saxlanır.

  • Dərinliyi dar dəhlizə uyğun azaldılır
  • Ayaqqabı bölməsi və paltarasan bir dəstdə
  • Oturacaqlı variant sifarişlə hazırlanır
Dəhliz üçün yığcam dolab

Hazırladığımız dəhliz dolabı modelləri

Giriş hissəsi üçün yığılmış dəstlərdən nümunələr.

Funksional Otaq Dolabı

Funksional Otaq Dolabı

Açıq və qapalı bölmələri birləşdirən otaq dolabı

Yığcam Paltar Dolabı

Yığcam Paltar Dolabı

Kiçik otaqlar üçün praktik və yığcam paltar dolabı

İşıqlandırmalı Dolab Modeli

İşıqlandırmalı Dolab Modeli

Daxili işıqlandırması olan premium görünüşlü dolab

Dəhliz və Otaq Dolabı

Dəhliz və Otaq Dolabı

Dar sahələr üçün hazırlanmış yığcam otaq dolabı

Dəhliz dolabı qiymətləri

Standart material üçün başlanğıc qiymətlər.

Model Olcu ve material Qiymet
Ayaqqabı bölməli dolab 90 sm en, laminat 380 AZN-dən
Paltarasanlı dəst 120 sm en, açıq asma zona 520 AZN-dən
Oturacaqlı variant 100 sm en, yumşaq oturacaq 620 AZN-dən
Tam qapalı dəhliz dolabı 150 sm en, tavana qədər 780 AZN-dən
Güzgülü fasad əlavəsi Bir qapı güzgülü 90 AZN-dən

Yekun məbləğ ölçü, material və furnitura görə hesablanır. Ölçü götürülməsi və qiymət təklifi pulsuzdur.

Dəhliz dolabının praktik tərəfləri

Girişi səliqəli saxlayan detallar.

Ayaqqabı bölməsi

Maili rəflər ayaqqabını səliqəli və havalanan vəziyyətdə saxlayır.

Dar sahəyə uyğun dərinlik

Keçidi bağlamamaq üçün dərinlik 35 sm-ə qədər azaldıla bilir.

Ölçüyə uyğun hazırlanma

Divar çıxıntısı və qapı yeri layihədə nəzərə alınır.

Oturacaq imkanı

Ayaqqabı geyinmək üçün yumşaq oturacaqlı variant hazırlanır.

Çatdırılma və quraşdırma

Bakı daxilində çatdırılma və yığım öz komandamız tərəfindən aparılır.

Zəmanətli xidmət

Mexanizm və furnitura zəmanət verilir, sonrakı dəstək davam edir.

Dəhliz dolabı barədə suallar

Giriş hissəsi üçün dolab seçərkən verilən suallar.

Dərinlik düzgün seçilirsə bağlamır. Dəhliz eni 110 sm-dən azdırsa, dolab dərinliyini 35 ilə 40 sm arasında saxlayır və paltarasanı yan istiqamətdə quraşdırırıq.

Standart 90 sm enli blokda adətən 12 ilə 15 cüt yerləşir. Dəqiq say rəf sayından və ayaqqabı ölçüsündən asılıdır.

Rütubətə davamlı plitə və kənarları tam örtülmüş detallar seçilməlidir. Bu, xüsusilə yaş ayaqqabıların saxlandığı aşağı bölmə üçün vacibdir.

Bəli, fasadın bir hissəsini güzgülü etmək və ya qapının daxili üzünə güzgü quraşdırmaq mümkündür.

Bəli, çünki dəhlizdə divar çıxıntısı, sayğac və qapı çərçivəsi tez-tez layihəyə təsir edir. Ölçü xidməti pulsuzdur.

Dəhliziniz üçün uyğun dolab seçək

Dəhlizin eni və uzunluğunu bildirin, yığcam variant təklif edək.