Güzgülü fasad iki işi eyni anda görür: otağa ayrıca güzgü qoymağa ehtiyac qalmır və işıq əks olunduğu üçün sahə vizual olaraq genişlənir. Kiçik yataq otaqlarında və dəhlizlərdə bu təsir xüsusilə hiss olunur.
Güzgünü tam fasad boyunca və ya yalnız bir qapıda istifadə etmək mümkündür. Qırıq riskini azaltmaq üçün arxa tərəfə qoruyucu plyonka çəkilir, bu da uşaqlı evlərdə vacib detaldır.
Güzgülü fasadla yığılmış işlərimizdən nümunələr.
Geniş saxlama sahəsi təqdim edən funksional dolab
Güzgülü fasadla hazırlanmış müasir yataq otağı dolabı
Güzgülü fasadı ilə otağa genişlik verən dolab
Şüşə və mebel panelinin birləşdiyi zərif dolab
Standart material üçün başlanğıc qiymətlər.
| Model | Olcu ve material | Qiymet |
|---|---|---|
| Bir güzgülü qapı | 160 sm en dolabda | 600 AZN-dən |
| Tam güzgülü fasad | 160 sm en, 2 qapı | 720 AZN-dən |
| Güzgülü kupe dolab | 200 sm en, sürüşən | 850 AZN-dən |
| Qumlanmış naxışlı güzgü | Fasad üzərində naxış | 10% əlavə |
| Tavana qədər güzgülü | 180 sm en, 270 sm hündürlük | 950 AZN-dən |
Yekun məbləğ ölçü, material və furnitura görə hesablanır. Ölçü götürülməsi və qiymət təklifi pulsuzdur.
Görünüşdən başqa praktik tərəfləri də var.
Güzgü səthi işığı əks etdirərək sahəni daha aydın göstərir.
Kiçik otaqlarda məkanın daha geniş görünməsinə kömək edir.
Arxa örtük zərbə halında qırıqların dağılmasının qarşısını alır.
Güzgü ölçüsü fasada görə kəsilir, birləşmə xətti dəqiq saxlanır.
Bakı daxilində çatdırılma və yığım öz komandamız tərəfindən aparılır.
Mexanizm və furnitura zəmanət verilir, sonrakı dəstək davam edir.
Güzgülü fasad seçərkən yaranan suallar.