Künc Dolabı Sifarişi və Qiyməti

Künc sahəsini işlək saxlamaya çevirən dolab

Otağın küncü çox vaxt boş qalır və ya oraya uyğun gəlməyən mebel qoyulur. Künc dolabı bu sahəni tam istifadəyə salır, üstəlik iki divarı birləşdirdiyi üçün eyni sahədə daha çox saxlama həcmi verir.

İki əsas variant var: L formalı birləşmə və radiuslu künc. L forma daha çox həcm verir, radiuslu variant isə keçidi rahat saxlayır və kəskin künc yaratmır.

  • L formalı və radiuslu künc variantları
  • İki divarın birləşməsindən əlavə həcm
  • Divar əyriliyi ölçü zamanı həll olunur
Künc quruluşlu dolab

Hazırladığımız künc dolabı modelləri

Künc sahəsi üçün yığılmış işlərimizdən nümunələr.

Künc Otaq Dolabı

Künc Otaq Dolabı

Otağın künc hissəsindən səmərəli istifadə edən dolab modeli

Künc Yataq Otağı Dolabı

Künc Yataq Otağı Dolabı

Yataq otağının künc sahəsini dəyərləndirən dolab

Divar Boyu Otaq Dolabı

Divar Boyu Otaq Dolabı

Divarın ölçüsünə uyğun hazırlanan geniş otaq dolabı

Fərdi Ölçüdə Paltar Dolabı

Fərdi Ölçüdə Paltar Dolabı

Ehtiyaca uyğun daxili bölgü ilə hazırlanan paltar dolabı

Künc dolabı qiymətləri

Standart material üçün başlanğıc qiymətlər.

Model Olcu ve material Qiymet
L formalı künc dolabı 150x150 sm, laminat 520 AZN-dən
Radiuslu künc dolabı 120x120 sm, əyri fasad 780 AZN-dən
Tavana qədər künc 180x150 sm, 270 sm hündürlük 980 AZN-dən
Künc qarderob sistemi 200x150 sm, açıq bölmələr 1400 AZN-dən
Güzgülü fasad əlavəsi Bir qapı güzgülü 90 AZN-dən

Yekun məbləğ ölçü, material və furnitura görə hesablanır. Ölçü götürülməsi və qiymət təklifi pulsuzdur.

Künc quruluşunun üstünlükləri

Eyni otaq sahəsindən daha çox fayda.

Boş sahədən istifadə

İstifadəsiz qalan künc tam saxlama yerinə çevrilir.

Daha çox həcm

İki divarın birləşməsi eyni sahədə əlavə tutum yaradır.

Ölçüyə uyğun hazırlanma

Divar bucağı ölçülür, əyrilik varsa layihədə düzəldilir.

Rahat keçid

Radiuslu variant kəskin künc yaratmır, keçidi sərbəst saxlayır.

Çatdırılma və quraşdırma

Bakı daxilində çatdırılma və yığım öz komandamız tərəfindən aparılır.

Zəmanətli xidmət

Mexanizm və furnitura zəmanət verilir, sonrakı dəstək davam edir.

Künc dolabı barədə suallar

Künc quruluşu seçərkən verilən suallar.

Birləşmə nöqtəsi ən dərin hissədir. Bunun üçün orada fırlanan mexanizm və ya çıxan səbət quraşdırırıq, beləliklə arxadakı əşyalar rahat götürülür.

Mənzillərdə bu tez-tez rast gəlinir. Ölçü zamanı bucağı yoxlayırıq və konstruksiyanı real bucağa görə hazırlayırıq, arada boşluq qalmır.

Əyri fasadın hazırlanması xüsusi emal tələb edir və material itkisi daha çox olur. Bunun əvəzində görünüş yumşaq alınır və kəskin künc olmur.

Uyğundur və çox vaxt ən doğru seçimdir, çünki divar boyu düz dolab qoymağa yer olmayan otaqlarda künc sahəsi boş qalır.

Xeyr. Künc dolabının qolları fərqli uzunluqda hazırlana bilər, bu adi haldır və layihədə əvvəlcədən nəzərə alınır.

Künc sahəniz üçün layihə hazırlayaq

İki divarın ölçüsünü göndərin, uyğun künc variantını təklif edək.