Qarderob Modelləri və Qiymətləri

Geyinmə zonası kimi planlaşdırılan qarderob

Qarderob adi dolabdan daha çox bir sistemdir. Burada geyim növünə görə zonalar ayrılır: uzun paltar, köynək, qatlanan geyim, ayaqqabı və aksesuar. Hər zonanın hündürlüyü saxlanan əşyaya görə hesablanır, boş qalan sahə minimuma enir.

Ayrıca qarderob otağı varsa, sistemi divarlar boyunca U və ya L formasında qururuq. Belə otaq yoxdursa, yataq otağının bir hissəsini bölərək qarderob zonası yaratmaq mümkündür.

  • Geyim növünə görə ayrılmış zonalar
  • Açıq rəf, ştanq və çəkmə birləşməsi
  • U, L və düz xətli quruluş variantları
Geniş qarderob sistemi

Hazırladığımız qarderob modelləri

Sifarişlə qurulmuş qarderob sistemlərindən nümunələr.

Geniş Dolab Modeli

Geniş Dolab Modeli

Geniş saxlama sahəsi təqdim edən funksional dolab

Qarderob Tipli Yataq Dolabı

Qarderob Tipli Yataq Dolabı

Geniş qarderob sistemi ilə hazırlanan yataq otağı dolabı

Ağac Görünüşlü Dolab

Ağac Görünüşlü Dolab

Təbii ağac görünüşü ilə isti atmosfer yaradan dolab

İşıqlandırmalı Dolab Modeli

İşıqlandırmalı Dolab Modeli

Daxili işıqlandırması olan premium görünüşlü dolab

Geniş Yataq Otağı Qarderobu

Geniş Yataq Otağı Qarderobu

Geniş saxlama bölmələri olan yataq otağı qarderobu

Qarderob qiymətləri

Standart material üçün başlanğıc qiymətlər.

Model Olcu ve material Qiymet
Açıq qarderob sistemi 200 sm en, rəf və ştanq 800 AZN-dən
Qapalı qarderob dəsti 240 sm en, qapaqlı 1100 AZN-dən
L formalı qarderob 200x150 sm, künc birləşmə 1400 AZN-dən
U formalı qarderob otağı 3 divar boyunca sistem 1900 AZN-dən
Ayaqqabı bölməsi Maili rəfli blok 150 AZN-dən
Aksesuar çəkməsi Bölünmüş daxili çəkmə 130 AZN-dən

Yekun məbləğ ölçü, material və furnitura görə hesablanır. Ölçü götürülməsi və qiymət təklifi pulsuzdur.

Qarderob sisteminin üstünlükləri

Səhər hazırlaşma vaxtını qısaldan həllər.

Zonalara bölünmüş quruluş

Hər geyim növü öz bölməsində saxlanır, axtarışa vaxt getmir.

Hər şey göz önündə

Açıq rəflər geyimi görünən saxlayır və seçimi asanlaşdırır.

Ölçüyə uyğun hazırlanma

Sistem otağın formasına görə U, L və ya düz xətli qurulur.

İşıqlandırma imkanı

Rəf altı işıq geyinmə zonasında rəngləri düzgün seçməyə kömək edir.

Çatdırılma və quraşdırma

Bakı daxilində çatdırılma və yığım öz komandamız tərəfindən aparılır.

Zəmanətli xidmət

Mexanizm və furnitura zəmanət verilir, sonrakı dəstək davam edir.

Qarderob barədə suallar

Qarderob planlaşdırarkən verilən suallar.

Ayrıca qarderob otağı üçün 4 kvadrat metr adətən kifayət edir. Daha kiçik sahələrdə divar boyu açıq sistem qurmaq və ya yataq otağının bir hissəsini ayırmaq daha praktikdir.

Açıq rəflərdə toz daha tez yığılır. Bunun qarşısını almaq üçün nadir istifadə olunan geyimləri qapalı bölmədə və ya örtüklü qutularda saxlamağı təklif edirik.

Sistem daha geniş olduğu üçün ümumi məbləğ artır. Lakin açıq quruluş qapı və fasad xərcini azaldır, bu da metrə düşən qiyməti aşağı salır.

Bəli, maili rəflərlə ayaqqabı bölməsi qururuq. Hündür çəkmələr üçün isə ayrıca hündür zona nəzərdə tutulur.

Modul quruluş seçilibsə mümkündür. Layihə zamanı bunu bildirsəniz, gələcək əlavələr üçün uyğun sistem seçirik.

Qarderobunuzu birlikdə planlaşdıraq

Otağın ölçüsünü göndərin, zonalara bölünmüş layihə hazırlayaq.