Qarderob sistemi ilə dolab arasında əsas fərqlər nədir?

Qarderob sistemi ilə dolab arasında əsas fərqlər nədir?
Qarderob sistemi rəflər, asılqan hissələri, siyirmələr və ayaqqabı bölmələri ilə hazırlanır. Bütün hissələr ehtiyaca uyğun yerləşdirilə bilir. Bu da əşyaları daha rahat yerləşdirməyə kömək edir. Dolab isə qapılı mebeldir. Açılan və ya sürgülü qapılarla hazırlanır. Daxili hissələri olsa da, qarderob sistemi qədər sərbəst dəyişdirilmir.

Qarderob sistemi daha çox saxlama yeri yaradır. Dolab isə otaqda səliqəli və bütöv görünüş verir.

Qarderob sistemi və dolab arasında hansı seçim daha uyğundur?

Çoxlu paltar, ayaqqabı və aksesuar saxlanılırsa, qarderob sistemi daha rahat olur. Çünki hər əşya üçün ayrıca yer ayırmaq mümkündür. Yer məhduddursa, dolab daha uyğun seçimdir. Xüsusilə sürgülü qapılı modellər əlavə yer tutmur və istifadəni rahatlaşdırır.

Seçim edərkən otağın ölçüsünü, saxlanılacaq əşyaların sayını, materialı və daxili bölmələri nəzərə almaq lazımdır.

Qarderob sistemi ilə dolab seçərkən nələrə diqqət edilməlidir?

Əvvəlcə nə qədər əşya saxlanılacağını müəyyən etmək lazımdır. Bu, rəflərin, asılqanların və çekmecələrin sayını düzgün seçməyə kömək edir. Material da vacibdir. MDF, suntalam və təbii ağac ən çox istifadə olunan variantlardır. Keyfiyyətli relslər, menteşələr və çekmece mexanizmləri mebelin daha rahat işləməsini təmin edir.

Ölçülər dəqiq götürülməlidir. Mebel otağa tam uyğun hazırlananda həm daha səliqəli görünür, həm də boş yer qalmır. Qiymət materiala, ölçüyə və daxili hissələrin sayına görə dəyişir. Orta hesabla suntalam dolablar 350–600 AZN, MDF dolablar 550–900 AZN arasında hazırlanır. Qarderob sistemləri isə sadə modellərdə 300 AZN-dən başlayır, daha böyük və bölmələri çox olan modellər 700–1200 AZN aralığında olur.

Layihəni birlikdə həyata keçirək

Pulsuz konsultasiya üçün müraciət edin, ölçü və ilkin smetanı hazırlayaq.